Bank Of Baku

Belçika həbsxanasında Türkiyə vətəndaşı döyülərək öldürülüb

Belçika həbsxanasında Türkiyə vətəndaşı döyülərək öldürülüb
# 11 avqust 2009 15:11 (UTC +04:00)
Bakı – APA. Belçika həbsxanalarının birində ölüm hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, Jamioulx həbsxanasında cəza çəkən məhbus Mikayıl Tekin avqustun 8-də dünyasını dəyişib. Məhkəmə-tibb ekspertizası Türkiyə vətəndaşı olan məhkumun döyülərək öldürülməsi qərarına gəlib.
Qeyd edək ki, 31 yaşlı M.tekin avqustun 7-də yol polisi ilə mübahisə etdiyinə görə saxlanılıb. Həbsxana rəhbərliyi onun yemək yeyərkən boğulduğunu bildirsə də, digər məhkumlar ölümə işgəncənin səbəb olduğunu bildirərək itaətsizliyə başlayıblar. Məhkəmə-tibb ekspertizasının rəyi açıqlandıqdan sonra 3 məhkəmə nəzarətçisi saxlanılıb. Buna etiraz olaraq digər nəzarətçilər aclıq aksiyasına başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR