Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Avropanın 20 ölkəsində “donuz qripi” ilə bağlı seminarlar keçirəcək

Ümumdünya Səhiyyə Təşkilatı Avropanın 20 ölkəsində “donuz qripi” ilə bağlı seminarlar keçirəcək
# 12 avqust 2009 11:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropada A (H1N1) qripinin (“donuz qripi”nin) virusu yayılmaqda davam edir. APA-nın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbərinə görə, avqustun 10-na Avropa regionunun 53 ölkəsindən 46-da virusa laboratoriyalarda təsdiqlənmiş 33 min yoluxma faktı qeydə alınıb.
ÜST müalicə müəssisələrinin fövqəladə hallara hazır olması üçün “donuz qripi” ilə bağlı regionun 20 ölkəsində seminarlar keçirməyi planlaşdırır. Hələlik ilk seminarların keçiriləcəyi 3 ölkə müəyyənləşib: 8-10 sentyabr – Durres (Albaniya), 22-24 sentyabr – Kişinyov (Moldova), 6-8 oktyabr – Bişkek (Qırğızıstan).
Seminarların məqsədi qripin pandemiya şəkli ala biləcəyi situasiya üçün müalicə müəssisələrinin potensialını möhkəmləndirmək, fövqəladə hallarda fəaliyyət planının hazırlanmasına kömək göstərməkdir. Seminarlarda iştirak etmək üçün region ölkələrinin Səhiyyə nazirliklərinin nümayəndələri və aparıcı müalicə müəssisələrinin baş həkimləri dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR