Bank Of Baku

Türkiyənin sabiq prezidenti üzərində ağır cərrahiyyə əməliyyatı aparılıb

Türkiyənin sabiq prezidenti üzərində ağır cərrahiyyə əməliyyatı aparılıb
# 14 avqust 2009 09:58 (UTC +04:00)
Bakı – APA. Türkiyənin 7-ci prezidenti Kənan Evren üzərində cərrahiyyə əməliyyatı aparılıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, on gündür Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan sabiq prezidentin yoğun bağırsağı götürülüb.
Həkimlər bu ağır əməliyyata məcburiyyət üzündən gediblər. Əməliyyat üçün həm 93 yaşlı xəstənin, həm də ailə üzvlərinin razılığı alınıb. Artıq K.Evrenin sağlıq durumunun getdikcə yaxşılaşdığı, həyatı üçün heç bir təhlükə olmadığı bildirilib.
Qeyd edək ki, K.Evren Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən 1980-ci ildə ölkədə hərbi çevriliş edib və çevrilişdən sonra prezident olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR