Bank Of Baku

Litva parlamentinin mühasib-xəzinədarı 160 min dollar mənimsəməkdə ittiham olunur

Litva parlamentinin mühasib-xəzinədarı 160 min dollar mənimsəməkdə ittiham olunur
# 18 avqust 2009 08:44 (UTC +04:00)
Bakı – APA. Litva parlamentinin mühasib-xəzinədarı işdən qovulub. APA-nın Litva KİV-nə istinadən xəbərinə görə, Regina Petkelene 400 min lit (160 min dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, Litva Seyminin xəzinəsindən əhəmiyyətli dərəcədə pulun itməsi iyulun ortalarında məlum olub. Fakt inventarizasiya zamanı üzə çıxıb. Bununla əlaqədar R.Petkelene, eləcə də onun rəfiqəsi, Səhiyyə üzrə Milli Şuranın katibliyinin əməkdaşı Olqa Qoluskayte saxlanılaraq dindirilib. R.Petkelene istintaqa parlament xəzinəsindən götürdüyü pulları O.Qoluskayteyə ötürdüyünü, eləcə də bəzi deputatlara borc verdiyini bildirib.
Daha sonra mühasib-xəzinədar başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb. Onu 7 ilə qədər həbs gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR