Bank Of Baku

Oktyabrda İstanbulda Türkiyə-Yunanıstan-İtaliya kəmərinin çəkilməsi ilə bağlı növbəti görüş keçiriləcək

Oktyabrda İstanbulda Türkiyə-Yunanıstan-İtaliya kəmərinin çəkilməsi ilə bağlı növbəti görüş keçiriləcək
# 18 avqust 2009 11:14 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrda İstanbulda İTGİ (Türkiyə-Yunanıstan-İtaliya) kəmərinin çəkilməsinə cəlb olunan ölkələrin nümayəndələrinin görüşü keçiriləcək. APA-nın məlumatına görə, İtaliyanın sənaye naziri Klaudio Skayola Azərbaycan qazının Türkiyə və Yunanıstandan keçərək İtaliyaya nəqli ilə bağlı diskussiyalara İstanbulda yekun vurulacağını bildirib. Nazir qeyd edib ki, İTGİ layihəsi üzərində iş bir neçə ildir davam edir və bu layihənin reallaşması ehtimalı “Cənub axını” və ya “Nabucco” layihəsinin gerçəkləşməsindən daha böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR