Bank Of Baku

Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal yaranıb

Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal yaranıb
# 18 avqust 2009 15:37 (UTC +04:00)
Bakı – APA. Rusiya ilə Çexiya arasında diplomatik qalmaqal yaranıb. APA-nın Rusiya KİV-nə istinadən xəbərinə görə, qalmaqal Çexiyadakı iki rus diplomatının qovulması ilə başlayıb.
Çexiya hökuməti Rusiyanın bu ölkədəki səfirliyinin hərbi attaşesini xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edərək. Adı açıqlanmayan digər rus diplomatına isə məzuniyyətdən qayıtmamaq təklif olunub.
Rusiya tərəfinin cavabı özünü çox gözlətməyib. Xarici işlər naziri Sergey Lavrovun baş verənləri “növbəti təxribat” adlandırmasının ardınca Çexiyanın Rusiyadakı səfirliyinin iki əməkdaşına ölkəni tərk etmək təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR