Bank Of Baku

İtaliya “Nabucco” layihəsini dəstəklədiyini bəyan edib

İtaliya “Nabucco” layihəsini dəstəklədiyini bəyan edib
# 19 avqust 2009 16:13 (UTC +04:00)
Bakı-APA. “Biz “Nabucco”ya qarşı deyilik. Eyni zamanda “Cənub Axını” layihəsində, həmçinin Türkiyədən Yunanıstan vasitəsilə İtaliyaya gələn qaz boru kəməri layihəsində də iştirak etdik”. APA-nın xəbərinə görə, bunu
İtaliyanın xarici işlər naziri Franko Frattini “La Stampa” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, həmin müsahibə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi veb saytında da yerləşdirilib.

Son vaxtlar İtaliya hökumətinin “Nabucco” layihəsinə qarşı çıxması ilə bağlı davamlı olaraq xəbərlər və məqalələr dərc edən Rusiya KİV-i isə bu müsahibəni də fərqli interpretasiyadan təqdim edib. Rusiyada nəşr olunan “Vzqlyad. Delovaya Qazeta” iddia edib ki, İtaliyanın xarici işlər naziri Franko Frattini “La Stampa” qəzetinə müsahibəsində ölkəsinin “Nabucco” layihəsinə qarşı çıxdığını bəyan edib.

Lakin müsahibədən göründüyü kimi İtaliyanın XİN başçısı ölkəsinin “Nabucco” layihəsinə qarşı olmadığını açıq mətnlə vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR