Bank Of Baku

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Litva paytaxtı yaxınlığında gizli həbsxana açdığı məlum olub

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Litva paytaxtı yaxınlığında gizli həbsxana açdığı məlum olub
# 21 avqust 2009 07:56 (UTC +04:00)
Bakı – APA. 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Litvanın paytaxtı Vilnüs şəhəri yaxınlığında “əl-Qaidə” ilə əlaqələrdə suçlananlar üçün gizli həbsxana açıb. APA-nın xəbərinə görə, bu barədə ABC News telekanalı MKİ-nin sabiq əməkdaşlarından birinə istinadən məlumat yayıb.
Telekanalın müsahibi bildirib ki, həbsxana 2005-ci ilin sonunda MKİ-nin xaricdəki gizli həbsxanalardan istifadə proqramı ilə bağlı informasiyaların yayılmasından sonra açılıb. İlk vaxtlar bu həbsxanada 8 nəfər olub ki, onlar da bir ildən çox müddətdə həbsxanada qalıblar. Sonradan onlar başqa həbsxanalara köçürülüblər. Mövcud olduğu müddətdə Litva həbsxanasından neçə məhbusun gəlib keçməsi barədə məlumat verilməyib.
Telekanalın məlumatına görə, Litvada gizli həbsxananın mövcudluğunu MKİ təyyarələrinin bu ölkəyə müntəzəm uçuşlarının əks olunduğu sənədlər də təsdiqləyir. Litva hökuməti ABŞ-la münasibətlərinin yaxşılaşdırılması üçün öz ərazisində gizli həbsxana qurulmasına razılıq verib.
MKİ-nin təmsilçisi Pol Cimilyano xaricdəki, o cümlədən Litvadakı gizli həbsxanaların yeri ilə bağlı məlumatları nə təsdiq, nə də təkzib etməyə hazırlaşmırlar: “Bu cür informasiyaların şərhi milyonlarla insanın həyatını şübhə altına ala bilər. Bu isə məsuliyyətsizlik olardı”.
Litvanın ABŞ-dakı səfirliyinin nümayəndəsi isə xəbəri təkzib edib.
Qeyd edək ki, 2009-cu ilin aprelində MKİ ABŞ prezidenti Barak Obamanın xarici həbsxanaların bağlanması haqda göstərişinə uyğun olaraq onlardan istifadənin başa çatdığını bəyan edib. Ehtimal olunur ki, Avropa və Yaxın Şərqdə yerləşən gizli həbsxanalarda məhbuslara işgəncə verilib. Bir çox hüquq-müdafiə təşkilatlarını fikrincə, bu cür həbsxanaların mövcudluğu faktının özü belə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR