Bank Of Baku

Portuqaliyada sürüşmə baş verib, ən azı beş nəfər ölüb

Portuqaliyada sürüşmə baş verib, ən azı beş nəfər ölüb
# 22 avqust 2009 09:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Portuqaliyanın ən məşhur turizm regionu olan Alqarvedəki çimərlikdə baş vermiş sürüşmə nəticəsində ən azı beş nəfər ölüb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1 kişi və 4 qadın ölüb.

Hazırda xilasedicilər sürüşmə altında qalanların axtarışını davam etdirir. Sürüşmə baş verən zaman nə qədər insanın çimərlikdə olduğu bilinmədiyi üçün dağıntılar altında qalanların dəqiqi sayı da bəlli deyil. Yalnız ciddi xəsarətlər alan üç nəfərin yerli xəstəxanalara müraciət etdiyi bildirilir.

Qeyd edək ki, hadisənin şahidlərinin sözlərinə görə, sürüşmə zamanı çimərliyin yaxınlığındakı qayanın böyük əraziyə düşüb.

Hadisə yerinə Portuqaliya prezidenti Anibal Kavako Silva və baş nazir Joze Sokrateş gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR