Bank Of Baku

Yunanıstanda irimiqyaslı meşə yanğınları davam edir, hökumət əhalinin evakuasiyasına qərar verib

Yunanıstanda irimiqyaslı meşə yanğınları davam edir, hökumət əhalinin evakuasiyasına qərar verib
# 24 avqust 2009 07:10 (UTC +04:00)
Afina-APA. Yunanıstanda meşə yanğınlarının əhatəsi genişlənməsi səbəbilə Afina yaxınlığındakı qəsəbələrin əhalisinin evakuasiyasına qərar verilib. APA-nın məlumatına görə, artıq paytaxtdan 40 kilometr məsafədə yerləşən Marafon şəhərindən 150 evin sakini evakuasiya olunub. Bu bölgədə vəziyyət ağır olaraq qalır, yanğınsöndürənlər alovun qarşısını ala bilmir, alovu söndürmək üçün su çatışmazlığı yaranıb. Yunanıstan prezidenti Karolos Papulyas fövqəladə vəziyyətlə əlaqədar məzuniyyətini yarımçıq qoyaraq ölkəyə qayıdıb. İlkin məlumata görə, yanğınlar nəticəsində iki nəfər xəsarət alıb, onlarla ev və maşın külə dönüb. Qeyd edək ki, Yunanıstanda meşə yanğınları avqustun 21-də başlayıb. Yanğının söndürülməsinə 600 yanğınsöndürən maşın, 12 təyyarə və 7 vertolyot cəlb olunub. Xatırladaq ki, iki il əvvəl ölkədə baş verən meşə yanğınları 77 nəfərin həyatına son qoymuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR