Bank Of Baku

İki canavar 13 nəfəri yaralayıb

İki canavar 13 nəfəri yaralayıb
# 24 avqust 2009 09:01 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Ərzincan vilayətinin kəndləri vəhşi heyvanların hücumuna məruz qalıb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baxçayazı, Heybəli və Çatalarmud kəndlərinə iki canavar hücum edib.
Nəticədə üçü uşaq olmaqla 13 nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib və quduzluq əleyhinə peyvənd olunublar. Canavarlardan biri jandarma tərəfindən öldürülüb, digəri isə hadisə yerindən qaçıb. Öldürülən canavardan götürülən nümunələr ekspertizaya göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR