Bank Of Baku

Soyğunçular 39 saniyəyə zərgərlik mağazasını yarıblar

Soyğunçular 39 saniyəyə zərgərlik mağazasını yarıblar
# 24 avqust 2009 16:29 (UTC +04:00)
London – APA. London şəhərinin mərkəzində yerləşən «Mozafarian» zərgərlik mağazası naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində soyğunçular təxminən 2 mln. funt sterlinq (3,3 mln. dollar) dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. APA-nın «The Times» qəzetinə istinadən verdiyi məlumata görə, soyğunçuluq hadisəsi bir qrup motosikletçi tərəfindən törədilib və cəmi 39 saniyə ərzində həyata keçirilib. Maraqlıdır ki, hadisə mağazada quraşdırılan video kameralar tərəfindən bütövlükdə çəkilib.
Video materiallara əsasən məluma olub ki, hadisəni törədən 3 motosikletlə mağazaya gələn 6 şəxs olub. Oğurlanan zinət əşyaları arasında 500 min funt sterlinq dəyərində boyunbağı da olub.
Xatırladaq ki, bu ilin avqust ayının 6-da Londonda «Graff» zərgərlik mağazası soyğunçuların hücumuna məruz qalıb. Həmin hadisə zamanı iki silahlı dəstə satıcıları qorxudublar və mağazadan ümumilikdə 40 mln. funt sterlinq dəyərində müxtəlif qızıl-zinət əşyaları oğurlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR