Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri Ərdoğan hökumətinin “Kürd açılımı” planı ilə bağlı mövqeyini açıqlayıb

Türkiyə Silahlı Qüvvələri Ərdoğan hökumətinin “Kürd açılımı” planı ilə bağlı mövqeyini açıqlayıb
# 25 avqust 2009 15:12 (UTC +04:00)
Bakı – APA. Türkiyə Silahlı Qüvvələri Rəcəb Tayyib Ərdoğan hökumətinin “Kürd açılımı” planı ilə bağlı mövqeyini ortaya qoyub. APA-nın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu mövqe Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İlkər Başbuğun “Zəfər həftəsi” münasibətilə yaydığı açıqlamada əks olunub.
İ.Başbuğ bildirib ki, Türkiyə Silahlı Qüvvələri ölkənin bütünlüyünə və unitarlığına zərər verilməsinə heç bir vəchlə imkan verməyəcək: “Türkiyə Konstitusiyasının dəyişdirlməsini qadağan edən 3-cü maddədə deyildiyi kimi, “Türkiyə dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür, dili türkcədir”. Türkiyə Silahlı Qüvvələri mədəni fərqliliklərə hörmətlə yanaşır, ancaq bunun siyasiləşdirilməsini qəbul edə, terror təşkilatı və dəstəkləyənlərlə əlaqə qurulmasına yol aça biləcək heç bir fəaliyyət içində ola bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR