Bank Of Baku

Avropa Komissiyası və Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi barədə razılıq əldə olunub

Avropa Komissiyası və Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi barədə razılıq əldə olunub
# 27 avqust 2009 07:17 (UTC +04:00)
Brüssel-APA. Avropa Komissiyası və Gürcüstan viza rejiminin sadələşdirilməsi və qeyri-leqal mühacirlərin deportasiya olunması barədə razılığa gəliblər. APA-nın məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Kristina Xoxmann bildirib ki, qeyd olunan məsələlərlə bağlı danışıqlar uğurla nəticələnib. Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə sadələşdirilmiş rejimdə viza ala bilməsi üçün bu saziş 27 üzv ölkə tərəfindən dəstəklənməlidir. Əldə olunan razılaşma ilk növbədə jurnalistlər və tələbələrin viza alması prosedurasının sadələşdirilməsini nəzərdə tutur. Gürcüstan vətəndaşları üçün vizanın qiyməti digər ölkə vətəndaşlarına nisbətdə daha ucuz olacaq. Razılaşmanın nə zaman qüvvəyə minəcəyi məlum deyil. Hazırda Avropa İttifaqı ölkələrinin vətəndaşları Gürcüstan ərazisinə vizasız daxil ola bilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR