Bank Of Baku

ABŞ Dövlət Departamenti: Vaşinqton Polşada raket hücumundan müdafiə sistemi yerləşdirmək niyyətindən imtina etməyib

ABŞ Dövlət Departamenti: Vaşinqton Polşada raket hücumundan müdafiə sistemi yerləşdirmək niyyətindən imtina etməyib
# 28 avqust 2009 08:24 (UTC +04:00)
Vaşinqton-APA. Rəsmi Vaşinqton Polşa kütləvi informasiya vasitələrində ABŞ-ın Şərqi Avropada raket hücumundan müdafiə sistemi yerləşdirməkdən imtina etməsi barədə gedən xəbərləri təkzib edib. APA-nın məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi Krouli bildirib ki, raket hücumundan müdafiə strategiyasının analizi daim aparılır və hələ başa çatmayıb. ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyinin rəhbəri Patrik Oreyli də Polşa mətbuatında gedən məlumatları təkzib edib. O həmçinin Türkiyə və Balkanlarda SM-3 yerüstü raket komplekslərinin yerləşdirilməsi təklifini dəstəkləyib. Qeyd edək ki, ABŞ Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi yerləşdirmək niyyətini 2006-cı ildə açıqlayıb. Vaşinqton ötən ilin iyulunda Çexiya ilə müvafiq saziş imzalasa da, hələlik Polşa ilə müvafiq sənəd imzalanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR