Bank Of Baku

İlkər Başbuğ: “Türk ordusu – bizlər var olduğumuz müddətdə kimsə Türkiyəni bölə bilməz”

İlkər Başbuğ: “Türk ordusu – bizlər var olduğumuz müddətdə kimsə Türkiyəni bölə bilməz”
# 31 avqust 2009 09:41 (UTC +04:00)
Bakı – APA. Türk ordusunun Qurtuluş Savaşındakı möhtəşəm zəfərinin 87-ci ildönümü ölkədə təntənəli şəkildə qeyd edilib. APA-nın xəbərinə görə, paytaxt Ankarada keçirilən hərbi paraddan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ meydana toplaşan xalqın arasına gedərək vətəndaşlarla söhbətləşib. Kütlənin arasından “Türkiyə sizinlə qürur duyur!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Türkiyə türkdür, türk qalacaq!” şüarları səslənib. Bir gənc qadın ağlaya-ağlaya ordu komandanına yaxınlaşaraq deyib: “Kürd planına qarşıyıq, ölkəmiz parçalanmasın”. İ. Başbuğ isə “Türk ordusu – bizlər var olduğumuz müddətdə kimsə Türkiyəni bölə bilməz”, deyə cavab verib. Digər vətəndaş PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanı nəzərdə tutaraq “Aponu əfv etməyin. Gəlib baş nazirmi olacaq?” deyərək hökumətin PKK terrorçularını əfv etməyə hazırlaşmasını pisləyib. İ. Başbuğ buna “heç elə şey ola bilərmi”, deyərək reaksiya verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR