Bank Of Baku

Bu gün II dünya müharibəsinin başlamasından 70 il ötür

Bu gün II dünya müharibəsinin başlamasından 70 il ötür
# 01 sentyabr 2009 09:21 (UTC +04:00)
Bakı-APA. Bu gün II dünya müharibəsinin başlamasından 70 il ötür. APA-nın məlumatına görə, 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücum etməsi ilə başlayan müharibə 6 il davam edib və 1945-ci il sentyabrın 2-də rəsmən başa çatıb. 62 dövlətin iştirak etdiyi II dünya müharibəsi 40 dövlətin ərazisini əhatə edib. Ümumilikdə müharibə dünya əhalisinin 80 faizinin yaşadığı ərazilərdə gedib və müxtəlif hesablamalara görə, bu müharibədə 110 milyon nəfər iştirak edib. Müharibədə itkilərin sayı ilə bağlı müxtəlif məlumatlar var. Ümumi hesablamalara görə II dünya müharibəsi 50-70 milyon insanın həyatına son qoyub. Müharibədə ən çox itki verən ölkələr isə SSRİ, Çin, Almaniya, Yaponiya və Polşadır. Altı il ərzində iştirakçı ölkələr hərbi xərclər üçün ümumilikdə 4 trilyon dollar pul xərcləyiblər. Hərbi xərclər müharibədə iştirak edən ölkələrin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edib. Təkcə SSRİ, ABŞ, Böyük Britaniya və Almaniyanın sənaye müəssisələrində 652,700 təyyarə, 286,700 tank və zirehli maşın, 1 milyondan artıq artilleriya qurğusu, 4,8 milyon pulemyot, 53 milyon tüfəng, karabin və avtomat silah istehsal olunub.
Müharibə nəticəsində Qərbi Avropa ölkələrinin dünya siyasətində rolu zəifləyib, SSRİ və ABŞ dünyanın əsas söz sahibi olan dövlətlərinə çevrilib. II dünya müharibəsi Afrika və Asiyada bir sıra ölkələrin müstəqillik qazanması ilə nəticələnib. Bu müharibənin ən mühüm nəticələrindən biri Birləşmiş Mİllətlər Təşkilatının yaradılmasıdır. Müharibə nəticəsində Avropa qitəsi Şərqi və Qərbi Avropa olmaqla iki ideoloji düşərgəyə parçalanıb. Bu düşərgələr arasında münasibətlər II dünya müharibəsi başa çatdıqdan bir neçə il sonra gərginləşib və “Soyuq müharibə” başlayıb. II dünya müharibəsində hərbi cinayətlər törətmiş şəxslər Almaniyanın Nürnberq şəhərində keçirilən beynəlxalq tribunalın hökmü ilə müxtəlif cəzalara məhkum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR