Bank Of Baku

Türkiyədə 948 Abdullah Gül var

Türkiyədə 948 Abdullah Gül var
# 03 sentyabr 2009 09:56 (UTC +04:00)
Ankara-APA. Türkiyədə prezident Abdullah Güllə eyni ad-soyadı daşıyan 948 nəfər var. APA-nın məlumatına görə, ölkədə 77 nəfər baş nazir Ərdoğanla, 87 nəfər CHP başqanı Dəniz Baykalla eyni ad-soyadı daşıyırlar. Siyasətçilər içərisində yalnız MHP başqanı Dövlət Baxçalının ad və soyadını daşıyan şəxs yoxdur. Ümumilikdə Türkiyədə ən çox adaşı olan siyasətçi prezident Abdullah Güldür. Rəsmi hesablamalara görə, ölkədə 440,339 nəfər Abdullah adlı şəxs var. Qeydiyyat kitablarında 2150 Rəcəp Tayyip, 63,457 Dəniz və 3,769 Dövlət adlı şəxsin olduğunu bildirilir.

Son illər övladlarına Rəcəb Tayyip və Dəniz adlarını qoyanları sayı artmaqdadır. 2005-2008-ci illərdə 14,928 uşağa Abdullah, 403 uşağa Rəcəb Tayyip, 8,134 uşağa Dəniz, 52 uşağa Dövlət adı verilib. Baş nazirin adına maraq ildən-ilə artmaqdadır. Əgər 2005-ci ildə 57 nəfərə Rəcəb Tayyip adı verilibsə, 2006-cı ildə bu rəqəm 44, 2007-ci ildə 146, 2008-ci ildə 156 təşkil edib. Dəniz Baykalın adaşlarının sayında da analoji artım nəzərə çarpır. 2006-cı ildə 1,860, 2007-ci ildə 1,915, 2008-ci ildə 2,521 uşağa Dəniz adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR