Bank Of Baku

İlkər Başbuğ: “Dağdakı sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”

İlkər Başbuğ: “Dağdakı sonuncu terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”
# 03 sentyabr 2009 11:51 (UTC +04:00)
Bakı – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ PKK terrorçuları ilə döyüşlərdə şəhid olmuş və yaralanmış hərbçilərin ailə üzvlərinə iftar yeməyi verib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 2,5 saat sürən iftara ordu komandanları, çoxlu sayda general, həmçinin 700 şəhid və qazi yaxını qatılıb. İştirakçılar son vaxtlar bəzi dairələr tərəfindən şəhidlərlə öldürülən terrorçuların bir tutulmasına etirazlarını bildiriblər və şikayətlərini İ. Başbuğa çatdırıblar. Baş Qərargah rəisi onların mövqeyini haqlı sayıb: “Biz də axan qanın dayanmasını istəyirik, amma qanı kim axıdır, ona baxmaq lazımdır. Ölkəsi üçün canını qurban verən şəhidlərimizlə terrorçuların eyniləşdirilməsini qəbul edə bilmərik”.

İ. Başbuğ həbsdəki PKK-çıların əfv edilməsi və terror təşkilatının lideri Abdulla Öcalanla danışıqlar aparılmasına qarşı çıxan şəhid ailələrini sakitləşdirib: “Belə bir şey ola bilməz. Türk milləti və ordu terrorçuların başçısını və terror təşkilatını nə əfv edər, nə də tərəf-müqabil kimi qəbul edər”.

Baş Qərargah rəisi sonda şəhid ailələrinin acısını paylaşdıqlarını söyləyib: “Məqsədimiz sizin acılarınızı bir az yüngülləşdirməkdir. Mən və buradakı komandanların hamısı terrorçularla döyüşlərdə iştirak edib. Bizlər də şəhid ola bilərdik. Amma şəhadət mərtəbəsi bizlərə deyil, sizin övladlarınıza nəsib oldu. Dağdakı sonuncu terrorçu zərərsizləşdirilənədək mübarizəmiz davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR