Bank Of Baku

Hərbi zavodda partlayış baş verib, 6 nəfər ölüb, 10 nəfər yaralanıb

Hərbi zavodda partlayış baş verib, 6 nəfər ölüb, 10 nəfər yaralanıb
# 04 sentyabr 2009 06:57 (UTC +04:00)
Bakı – APA. Serbiyada silah-sursat istehsal edən zavodda baş vermiş ardıcıl partlayışlar nəticəsində 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 3-ü yerli vaxtla saat 22.00-da baş verib. Partlayışın baş verdiyi zavod paytaxt Belqradın 150 km cənub-qərbindəki Ujitse şəhərində yerləşir.

Hadisənin səbəblərinin araşdırılmasına başlanılıb.

Qeyd edək ki, partlayışın baş verdiyi zavod Serbiyanın ən böyük silah istehsalçılarındandır. Zavodda döyüş sursatları, partlayıcılar, barıt və s. istehsal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR