Bank Of Baku

Məhkəmə TRT kanalının rəhbərliyi haqqında təhqiqat aparılmasına qərar verib

Məhkəmə TRT kanalının rəhbərliyi haqqında təhqiqat aparılmasına qərar verib
# 05 sentyabr 2009 10:59 (UTC +04:00)
Ankara-APA. Sincan 1 saylı Ağır Cinayət Məhkəməsinin hakimi Osman Kaçmaz “Ergenekon” işi üzrə əsas şahid sayılan Tuncay Güneyin TRT kanalı ilə çıxışına şərait yaradan kanal rəhbərliyi barədə araşdırma aparılması barədə qərar çıxarıb. APA-nın “Hurriyyət” qəzetinə istinadən yaydığı məlumata görə, TRT kanalında “Büyüteç” adlı proqramda çıxış edən Tuncay Güney CHP lideri Dəniz Baykalın ünvanına ağır ittihamlar irəli sürmüşdü. CHP liderinin vəkilləri bununla əlaqədar Tuncay Güneyi proqrama dəvət edən TRT-nin baş direktoru İbrahim Şahin və proqramın rəhbərliyi haqqında “dövlət qurumunda şəbəkə qurmaq” və “səlahiyyətindən sui-istifadə” maddələri ilə cinayət işi başlanmasını tələb ediblər. İddianı araşdıran Ankara prokuroru Şadan Sakınan adı çəkilən adamlar haqqında ittihamlarda kifayət qədər dəlilin olmadığını əsas gətirərək işi icraata götürməmişdi. Lakin vəkillərin bu qərardan etirazını dəyərləndirən Sincan 1 saylı Ağır Cinayət Məhkəməsinin hakimi Osman Kaçmaz prokurorun qərarını ləğv edərək TRT kanalının baş direktoru İbrahim Şahin, qurumun rəhbəri Əhməd Çavuşoğlu, aparıcı İbrahim Gürkan Sarı, prodüser Cengiz Yel haqqında araşdırma aparılmasına qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR