Bank Of Baku

Alp dağlarında vertolyot qəzaya uğrayıb

Alp dağlarında vertolyot qəzaya uğrayıb
# 07 sentyabr 2009 16:51 (UTC +04:00)
Roma-APA. Qərbi Alp dağlarının Monblan dağı ərazisində İtaliya vertolyotu qəzaya uğrayıb. APA-nın İsveçrənin “Blick” nəşrinə istinadən yaydığı məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, bir nəfər ağır yaralanıb. Xilasedicilər yaralanmış şəxsi uçurumun dibindən tapıblar. O ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri məlum deyil. İlkin məlumata görə, vertolyot Alp dağlarından keçən elektrik xətlərində baş vermiş qəzanın nəticələrini aradan qaldıran zaman qayaya toxunaraq uçuruma yuvarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR