Bank Of Baku

Dəniz Baykal: “Hökumətin kürd planı siyasi və konstitusion cinayətdir”

Dəniz Baykal: “Hökumətin kürd planı siyasi və konstitusion cinayətdir”
# 08 sentyabr 2009 09:25 (UTC +04:00)
Bakı – APA. “Hökumətin kürd planı siyasi və konstitusion cinayətdir”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyə Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal ölkəsinin “Star” televiziyasına müsahibəsində deyib. O, hökumətin siyasətinə dəstək verməyəcəklərini qətiyyətlə vurğulayaraq bildirib ki, iqtidarı bu məsələdə tək qoymaq ona ediləcək ən böyük yaxşılıqdır. Təcrübəli siyasətçinin fikrincə, kürd planı terroru bitirməyəcək və ölkədə gərginlik, etnik ayrılıq yaratmaqdan başqa bir işə yaramayacaq: “Bu prosesin məsuliyyəti iqtidarın boynundadır. Bu məsələdə hökuməti tək qoymaq onlara ediləcək ən böyük yaxşılıqdır. Onların özlərinə gəlməsinə nail olmaq lazımdır”.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsini qərara alıb. Bundan əlavə, AKP lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan ana müxalifət lideri Dəniz Baykalla görüşməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR