Bank Of Baku

Dövlət Bağçalı: “Baş naziri namuslu olmağa dəvət edirik”

Dövlət Bağçalı: “Baş naziri namuslu olmağa dəvət edirik”
# 08 sentyabr 2009 14:29 (UTC +04:00)
Bakı – APA. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı kürd məsələsi ilə bağlı parlamentin qapalı toplantısının keçirilməsi barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifinin əleyhinə çıxıb. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Bağçalı PKK terror təşkilatının siyasi qolu kimi tanınan Demokratik Toplum Partiyası (DTP) millət vəkillərinin iştirak etdiyi toplantının qapalı keçirilməsinin mənasız olduğunu vurğulayıb: “Türkiyə Böyük Millət Məclisinin qapalı yığıncağında PKK-nın siyasi təmsilçiləri də iştirak edəcək. Bu yolla PKK, İmralıda yatan terrorçu və Qəndil dağındakı terrorçular bütün müzakirələrdən xəbərdar olacaq, türk milləti isə yenə qaranlıqda qalacaq. Ağıl və məntiq sahibi olan hər kəs bu təklifi dəstəkləməyin qeyri-mümkünlüyünü bilir. Türk millətindən qaçaraq qapalı qapılar arxasında bölücülük gündəmini həyata keçirməyi planlaşdıran baş naziri dürüst və namuslu olmağa dəvət edirik. Bu bölünmə, parçalanma, xalqı qarşı-qarşıya gətirmə proyektindən zərər çəkən türk millətinin baş verənləri görməsi və anlamasını əngəlləməyə kimsənin gücü çatmayacaq. AKP-nin bundan qaçmaq cəhdləri əslində xəyanət yolu ilə irəlilədiklərinin etirafıdır”.

D. Bağçalı bildirib ki, MHP baş nazirin kürd planının həyata keçirilməsində qətiyyən iştirak etməyəcək, bu mövzuda heç bir müzakirəyə qatılmayacaq və Türkiyənin milli varlığına qarşı yönəlmiş xain sui-qəsdi ifşa etməyə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR