Bank Of Baku

Sarkozi dostunu “France Telecom” rəhbərliyinə gətirir

Sarkozi dostunu “France Telecom” rəhbərliyinə gətirir
# 05 oktyabr 2009 21:52 (UTC +04:00)
Bakı – APA. Kütləvi intihar dalğası ilə sarsılan “France Telecom” şirkətinin rəhbərliyində dəyişiklik baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Fransanın 5-ci, dünyanın 71-ci şirkəti olan “France Telecom”un intihar edən əməkdaşlarının sayı artıq 24-ə çatıb.
Şirkət rəhbərliyi vəziyyətdən çıxış yolunu rəhbərlikdə kadr dəyişikliyi aparmaqda görüb. Nəticədə baş direktorun müavini Lui-Pyer Venes istefaya göndərilib. Onun yerinə isə Stefan Rişar təyin olunub.
“Bloomberg” bildirir ki, S.Rişar Fransa prezidenti Nikolya Sarkozinin yaxın dostu sayılır. Onun son vəzifəsi Fransa Maliyyə Nazirliyində şöbə müdiri olub. S.Rişarın 201-ci ildə “France Telecom”un prezidenti Didye Lombarı əvəzləyəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR