Bank Of Baku

İsveçrə Ədliyyə Nazirliyi Roman Polanskinin azadlığa buraxılması barədə müraciəti rədd edib

İsveçrə Ədliyyə Nazirliyi Roman Polanskinin azadlığa buraxılması barədə müraciəti rədd edib
# 06 oktyabr 2009 16:05 (UTC +04:00)
Bakı – APA. İsveçrə Ədliyyə Nazirliyi sentyabrın 26-da Sürixdə həbs olunmuş məşhur kinorejissor Roman Polanskinin azadlığa buraxılması barədə vəkillərin müraciətini rədd edib. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, qərar onunla əsaslandırılıb ki, R. Polanski azadlığa çıxdıqdan sonra gizlənə bilər. Vəkillər məhkəmə qarşısında da həbs qərarının dəyişdirilməsi üçün vəsatət qaldıracaqlarını açıqlayıblar. Bu vəsatət də rədd edilərsə, R. Polanski barəsində cinayət işinin olduğu ABŞ-a ekstradisiya edilə bilər.

Xatırladaq ki, 1977-ci ildə ABŞ-da R. Polanski haqqında həbs qərarı verilib. O, Samanta Geymer adlı yetkinlik yaşına çatmamış (13 yaşlı) qızla əlaqəyə girməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR