Bank Of Baku

Türk ordusu daha 1 il İraqın şimalında hərbi əməliyyat keçirə biləcək

Türk ordusu daha 1 il İraqın şimalında hərbi əməliyyat keçirə biləcək
# 07 oktyabr 2009 07:39 (UTC +04:00)
Bakı – APA. Türkiyə Böyük Millət Məclisi orduya İraqın şimalında hərbi əməliyyat keçirmək icazəsi verən qərarın müddətini 1 il uzadıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, qərarın lehinə 452, əleyhinə isə 23 millət vəkili səs verib. Yalnız etnik kürdlərdən ibarət Demokratik Toplum Partiyası qərarın əleyhinə çıxıb.

Xatırladaq ki, PKK terror təşkilatının əsas bazaları İraqın şimalındadır. Türk ordusu tez-tez bu bazalara hava zərbələri endirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR