Bank Of Baku

ABŞ Polşada “Patriot” raketləri yerləşdirəcək

ABŞ Polşada “Patriot” raketləri yerləşdirəcək
# 07 oktyabr 2009 10:39 (UTC +04:00)
Varşava-APA. ABŞ Polşa ərazisində “Patriot” raketləri yerləşdirəcək. APA-nın məlumatına görə, bu barədə Polşa dövlət radiosu Vaşinqtondan qayıdan polyak nümayəndə heyətinə istinadən məlumat yayıb. Vaşinqtonda heyətə söz veriblər ki, “Patriot” raketləri Polşanın hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq. ABŞ-Polşa danışıqlarından “Patriot” raketləri Raket Hücumundan Müdafiə Sisteminin tərkib hissəsi kimi nəzərdə tutulurdu, lakin Vaşinqton ötən ay Şərqi Avropada bu sistemi quraşdırmaq fikrindən daşınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR