Bank Of Baku

Türkiyədə Orxan Pamuka qarşı məhkəmə iddiası qaldırılmasına icazə verilib

Türkiyədə Orxan Pamuka qarşı məhkəmə iddiası qaldırılmasına icazə verilib
# 08 oktyabr 2009 09:29 (UTC +04:00)
Bakı – APA. Türkiyədə ali məhkəmə və apellyasiya məhkəməsi funksiyalarını icra edən yüksək hüquq instansiyası – Yarğıtay dövlət əleyhinə verdiyi bəyanatla bağlı yazıçı Orxan Pamuka qarşı məhkəmə iddiası qaldırılmasını əsaslı sayan qərar qəbul edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsveçrədə nəşr olunan jurnala müsahibəsində “Türkiyədə 1 milyon erməni və 30 min kürd öldürülüb” deyən O. Pamuk haqqında İstanbulun Şişli rayon Məhkəməsində təzminat tələbi ilə məhkəmə iddiaları qaldırılsa da, bu instansiya iddiaları icraata qəbul etməyib. Şişli məhkəməsi qərarını onunla əsaslandırıb ki, məhkəmə iddiası qaldıran şəxslər O. Pamukun sözlərindən şəxsi zərər görməyiblər. Ancaq Yarğıtayın 4-cü Hüquq İdarəsi yerli məhkəmə instansiyasının qərarını ləğv edib və O. Pamuk əleyhinə məhkəmə iddiası qaldırılmasını əsaslı sayıb. Şişli Məhkəməsi 4-cü İdarənin qərarından Yarğıtayın Plenumuna şikayət verib. Lakin Plenum 4-cü Hüquq İdarəsinin qərarını qüvvədə saxlayıb. Beləliklə, bundan sonra həm Orxan Pamuk, həm də Türkiyəyə qarşı bənzər iftiralar səsləndirən şəxslər haqqında bütün Türkiyə vətəndaşları məhkəmə iddiaları qaldıra biləcək.

Xatırladaq ki, Orxan Pamuk söylədiyi məlum sözlərdən sonra Nobel mükafatı alıb. Türkiyədə bir çoxları onun yazdığı əsərlərə görə deyil, məhz öz dövlətini və millətini aşağıladığı üçün avropalılar tərəfindən Nobelə layiq görüldüyünü bildirirlər. O. Pamuk hazırda Nyu-Yorkda yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR