Bank Of Baku

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
# 08 oktyabr 2009 13:40 (UTC +04:00)
Bakı – APA. 2009-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, mükafat alman yazıçısı Herta Müllerə verilib.

H. Müller bu mükafatı alan 12-ci qadındır. Daha əvvəl ədəbiyyat üzrə Nobel alan alman 1999-cu ildə bu şərəfə layiq görülmüş Günter Qrass olub. Laureatlara 10 milyon İsveç frankı (970 min avro) məbləğində pul mükafatı verilir. 2009-cu il Nobel laureatlarının mükafatlandırılması mərasimi dekabr ayında Stokholmda keçiriləcək.

Qeyd edək ki, H. Müller 1953-cü ildə Rumıniyada doğulub. Çauşesku dövründə xüsusi xidmət orqanı ilə əməkdaşlıq təklifini rədd etdiyi üçün işindən çıxarılıb. H. Müller 1987-ci ildə Almaniyaya köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR