Bank Of Baku

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
# 12 oktyabr 2009 13:48 (UTC +04:00)
Stokholm-APA. İqtisadiyyat üzrə Nobel mükafatı ilk dəfə olaraq qadına təqdim olunub. APA-nın məlumatına görə, 76 yaşlı amerikalı Elinor Ostrom iqtisadi idarəetmənin analizinə görə bu mükafata layiq görülüb. Onunla birlikdə 77 yaşlı Oliver Uilyamsona da iqtisadi idarəetmə sahəsində araşdırmalarına görə Nobel mükafatı verilib. Qeyd edək ki, iqtisadiyyat nominasiyası üzrə Nobel mükafatı 1969-cu ildən etibarən təqdim olunur. Ötən 40 il ərzində 62 nəfər bu mükafata layiq görülüb. Ötən il iqtisadiyyat üzrə Nobel mükafatı Prinston Universitetinin professoru ticarət modelləri sahəsində uğurlu araşdırmalar aparan Pol Kruqmana verilib. Qeyd edək ki, mükafatların rəsmən təqdim olunması mərasimi dekabrda Stokholmda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR