Bank Of Baku

Dəniz Baykal baş nazir Ərdoğanla görüşə razılıq verib

Dəniz Baykal baş nazir Ərdoğanla görüşə razılıq verib
# 12 oktyabr 2009 13:49 (UTC +04:00)
Bakı – APA. Türkiyənin ana müxalifət lideri Dəniz Baykal baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşə razılıq verib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, ötən həftə D. Baykala məktub göndərərək kürd məsələsi ilə bağlı onunla müzakirə aparmaq istədiyini bildirən R. T. Ərdoğanın məktubuna cavab gəlib. Cümhuriyyət Xalq Partiyasının sədri 6 səhifəlik məktubunda hökumətin kürd planına hansı səbəblərlə qarşı çıxdığını bir daha açıqlayıb. Buna baxmayaraq, D. Baykal bu həftə ərzində R. T. Ərdoğanı partiya qərargahında qəbul etməyə hazır olduğunu bildirib və görüşün videolentə alınmasını şərt qoyub: “Hansı kanalda necə və nə zaman yayımlanacağını qərarlaşdıraraq görüşümüzün bir televiziya kanalı tərəfindən videolentə alınmasını istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR