Bank Of Baku

İtaliyanın sonuncu kralının nəvəsi narkotiklərdən istifadə etdiyini etiraf edib

İtaliyanın sonuncu kralının nəvəsi narkotiklərdən istifadə etdiyini etiraf edib
# 12 oktyabr 2009 21:53 (UTC +04:00)
Bakı – APA. İtaliyanın sonuncu kralı II Umbertonun nəvəsi narkotiklərdən istifadə etdiyini etiraf edib.
APA-nın AFP-yə istinadən xəbərinə görə, Savoyya şahzadəsi Emmanuil Filiberto İtaliya televiziyasının efirindən vaxtilə narkotiklərdən istifadə etdiyini bəyan edib. Onun sözlərinə görə, bir neçə ən yaxşı dostu narkotiklərin güdazına gedib. Şahzadənin özünü isə ailəsinə həddən artıq bağlılığı xilas edib.
Qeyd edək ki, İtaliya kral ailəsinə mənsub kişilər kral III Viktor Emmanuilin Mussolini rejimi ilə əməkdaşlığına görə 1946-cı ildə ölkədən sürgün ediliblər. İtaliyanın sonuncu kralı II Umberto cəmi 34 gün hakimiyyətdə olub. Kral ailəsinin üzvlərinə yalnız 2003-cü ildə ölkəyə qayıtmaq icazəsi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR