Bank Of Baku

Rumıniya hökuməti istefaya göndərilib

Rumıniya hökuməti istefaya göndərilib
# 13 oktyabr 2009 16:33 (UTC +04:00)
Buxarest-APA. Rumıniya parlamenti Emil Bok hökumətinə etimadsızlıq göstərib. APA-nın məlumatına görə, parlamentdə keçirilən səsvermə zamanı 258 deputat hökumətə etimad göstərməkdən imtina edib, yalnız 176 deputat hökumətin fəaliyyətini dəstəkləyib. Səsvermə solçular və mərkəzçi müxalifətin təşəbbüsü ilə keçirilib. Parlament hökuməti iqtisadi böhrana qarşı mübarizə işinin lazımınca təşkil olunmamasında günahlandırır. Bu, Rumıniyada kommunist rejimi devrildikdən sonra hökumətin parlament tərəfindən istefaya göndərilməsinə dair ilk haldır. Ölkə qanunvericiliyinə görə, yeni hökumət təşkil olunana kimi baş nazir Emil Bok öz səlahiyyətlərini icra edəcək. Xatırladaq ki, gələn ayın sonlarında Rumıniyada prezident seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində ölkədə baş verən hökumət böhranı siyasi durumu daha da gərginləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR