Bank Of Baku

Avropa İttifaqı: Türkiyə Atatürkü Qoruma Qanununu ləğv etməlidir

Avropa İttifaqı: Türkiyə Atatürkü Qoruma Qanununu ləğv etməlidir
# 14 oktyabr 2009 07:39 (UTC +04:00)
Brüssel-APA. Avropa İttifaqı Türkiyənin bu quruma üzvlüyünə dair növbəti monitorinq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, hesabatda Türkiyənin söz və media azadlığını məhdudlaşdıran qanunların ləğvi tələb olunur. Hesabat müəlliflərinin fikrincə, Türkiyə qanunları söz və fikir azadlığı üçün kifayət qədər qarantiya vermir. Avropa İttifaqı Türkiyənin bir sıra qanunları, o cümlədən Atatürkü Qoruma Qanununun ləğv olunmasını istəyib. Sənəddə qeyd olunur ki, Türkiyədə Atatürk əleyhinə fikirlər söylədiklərinə görə insanların azadlıqdan məhrum edilməsi halları davam etməkdədir və bu səbəbdən Ankara fikir azadlığını təmin etmək üçün Atatürkü Qoruma Qanununu ləğv etməlidir: “Əks təqdirdə bu kimi qanunlar jurnalistlər, yazıçılar, naşirlər, siyasətçilər və elm adamlarını istintaqa cəlb etmək riski yaradır və söz və fikir azadlığı üçün bir formada senzura rolunu oynayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR