Bank Of Baku

ABŞ və İsrailin Türkiyədəki səfirlikləri, həmçinin NATO bazalarında terror aktlarının qarşısı alınıb

ABŞ və İsrailin Türkiyədəki səfirlikləri, həmçinin NATO bazalarında terror aktlarının qarşısı alınıb
# 16 oktyabr 2009 07:11 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslər ölkə ərazisində terror aktları planlaşdırıblar.

Polisin antiterror bölmələri eyni vaxtda İstanbul, Van, Ərzurum, Konya və Batmanda reydlər keçirib.

Hüquq-mühafizə orqanları təsdiqləyir ki, saxlanılanlar ABŞ və İsrailin Türkiyədəki səfirliklərində, həmçinin NATO-nun bu ölkədəki bazalarında terror aktları törətmək istəyiblər.

Qeyd edək ki, “Əl-Qaida” İstanbuldakı Britaniya konsulluğuna, Britaniya bankına və iki sinaqoqa hücum təşkil edib. Terror aktları nəticəsində 58 nəfər ölüb. 2008-ci ildə isə terrorçular İstanbuldakı ABŞ konsulluğuna hücum ediblər. Hücum zamanı 3 yaraqlı və 3 polis ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR