Bank Of Baku

Lotereyada 10 milyon funt sterlinqlik “Cek-Pot” udan 15 polis əməkdaşı ərizə verib işdən çıxıb

Lotereyada 10 milyon funt sterlinqlik “Cek-Pot” udan 15 polis əməkdaşı ərizə verib işdən çıxıb
# 17 oktyabr 2009 08:06 (UTC +04:00)
Budapeşt-APA. Macarıstanın şimalında yerləşən Budaorş şəhərinin polis məntəqəsinin əməkdaşları lotereyada “Cek-pot”u udduqdan sonra kollektiv şəkildə ərizə yazaraq işdən çıxıblar. APA-nın “The Telegraph”a istinadən yaydığı məlumata görə, polis əməkdaşlarının bir yerdə yazdığı rəqəmlər 10 milyon funt sterlinq məbləğində pul uduşu düşüb. Bu, Macarıstan tarixində altıncı ən böyük pul uduşudur. Şəhər rəhbərliyinin xahişi ilə Budaorşa başqa bölgələrdən polis dəstələri gətirilib. Budaorş polisinə yeni heyət yığılana qədər şəhərdə ictimai asayişi bu polislər təmin edəcəklər. Qeyd edək ki, işdən çıxan 15 polis əməkdaşının yaşadığı Budaorş şəhərinin cəmi 27 min sakini var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR