Bank Of Baku

Abdulla Öcalanın çağırışı ilə 32 PKK-çı nümayişkaranə şəkildə təslim olacaq

Abdulla Öcalanın çağırışı ilə 32 PKK-çı nümayişkaranə şəkildə təslim olacaq
# 19 oktyabr 2009 08:45 (UTC +04:00)
Bakı – APA. PKK-nın həbsdəki lideri Abdulla Öcalanın çağırışı ilə terror təşkilatının İraqın şimalındakı düşərgələrində olan 32 terrorçu Türkiyə dövlətinə təslim olacaq. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Mahmur düşərgəsindən 26, Qəndil dağındakı PKK bazasından isə 8 PKK üzvü bu gün Türkiyə-iraq sərhədindəki “Habur” gömrük-keçid məntəqəsinə gələcək. Onları kürdlərdən ibarət Demokratik Toplum Partiyasının (DTP) liderləri və təxminən 100 min nəfərlik kütlənin qarşılayacağı bildirilir. Təslim olacaq şəxslər 30 vəkillə birlikdə sərhəd məntəqəsindən birbaşa prokurorluğa gedəcəklər. Bu şəxslərin indiyədək hər hansı terror aksiyasına qatılmadığı və Türkiyədə barələrində cinayət işinin olmadığı xəbər verilir. Onlar Türkiyə Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan hüquqdan yararlanacaqlar. Bu maddəyə əsasən dövlətə könüllü təslim olan terrorçuların hər hansı terror aksiyasında və digər cinayətlərdə iştirak etmədiyi təsdiqlənərsə, onlar sərbəst buraxılır.

Qeyd edək ki, PKK-çıların təslim olması Türkiyə hökumətinin kürd probleminin həlli üçün ABŞ-ın aktiv himayəsi altında hazırladığı planın tərkib hissəsidir. Bu plana PKK lideri A. Öcalanın da dəstək verdiyi görünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR