Bank Of Baku

Abdulla Öcalanın çağırışı ilə təslim olan 34 PKK-çıdan 29-u sərbəst buraxılıb

Abdulla Öcalanın çağırışı ilə təslim olan 34 PKK-çıdan 29-u sərbəst buraxılıb
# 20 oktyabr 2009 07:44 (UTC +04:00)
Bakı – APA. PKK terror təşkilatının lideri Abdulla Öcalanın çağırışı ilə Türkiyə dövlətinə təslim olan 34 kürddən 29-u sərbəst buraxılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 19-da terror təşkilatının İraqın şimalında yerləşən Qəndil dağındakı bazasından və Mahmur düşərgəsindən gələn 34 PKK üzvü Türkiyə-İraq sərhədində təhlükəsizlik qüvvələrinə təslim olub. Diyarbəkirə aparılan bu şəxslər 4 prokuror tərəfindən dindirilib. Dindirmədən sonra 4-ü uşaq olan 29 nəfər azadlığa buraxılıb, 5 terrorçu isə məhkəməyə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR