Bank Of Baku

Türkiyə Rusiyaya Qara dənizin özünə məxsus hissəsində geoloji kəşfiyyat işləri aparmağa icazə verib

Türkiyə Rusiyaya Qara dənizin özünə məxsus hissəsində geoloji kəşfiyyat işləri aparmağa icazə verib
# 20 oktyabr 2009 11:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Türkiyə Rusiyaya “Cənub axını” kəməri üçün yalnız iqtisadi zonada geoloji kəşfiyyat işləri aparmağa icazə verib. APA-nın Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Abdullah Gül Rusiya prezidenti Dmitri Medvedyevlə telefon danışığında deyib: “Türkiyə prezidenti bildirib ki, əvvəllər yüksək və ali səviyyələrdə əldə olunan anlaşmalara uyğun olaraq hökumət “Cənub axını” qaz kəməri layihəsinin reallaşması məqsədilə Qara dənizdə Türkiyəyə məxsus iqtisadi zonada geoloji kəşfiyyat işlərinin aparılmasına icazə verilməsi üçün bütün müvafiq tədbirləri görüb”. Abdullah Gülə minnətdarlıq edən Dmitri Medvedyev bildirib ki, bu qərar Rusiya-Türkiyə münasibətlərinin strateji xarakterini daha da möhkəmləndirməyə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR