Bank Of Baku

İsveçdə kilsə eyni cinsdən olan şəxslərin nikahına razılıq verib

İsveçdə kilsə eyni cinsdən olan şəxslərin nikahına razılıq verib
# 23 oktyabr 2009 01:31 (UTC +04:00)
Bakı – APA. İsveç lüteran kilsəsi eyni cinsdən olan şəxslərin nikahına razılıq verib.
APA-nın xəbərinə görə, bununla da kilsə İsveç parlamentinin 1 may 2009-cu ildə qəbul etdiyi analoji qanuna xeyir-dua verib. Kilsənin iclasında iştirak edən 249 din xadimindən 176-sı qərarın lehinə səs verib.
İsveç kilsələrində bundan əvvəl də eyni cinsdən olan şəxslərin nikahı qeydə alınıb. Bu qərarın qəbulundan sonra evlənən həmcinslər sənədlərdə “ər-arvad” deyil, “qanuni həyat yoldaşları” adlandırılacaqlar. Qərarın əleyhdarları bu qərardan sonra kilsənin parçalanacağını istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR