Bank Of Baku

Almaniyada koalisiya hökuməti qurulması barədə razılaşma əldə olunub

Almaniyada koalisiya hökuməti qurulması barədə razılaşma əldə olunub
# 24 oktyabr 2009 07:37 (UTC +04:00)
Berlin-APA. Almaniyada koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar başa çatıb. APA-nın məlumatına görə, kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı / Xristian Sosialist İttifaqı və Qido Vestervellenin lideri olduğu Azad Demokrat Partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəliblər. Tərəflərin ortaq nöqtəyə gəldiyi əsas məsələ vergi dərəcələrinin azaldılmasıdır. Razılaşmaya əsasən 2011-2013-cü illərdə vergilərin ümumi həcmi 24 milyard avro azaldılacaq. Koalisiya hökumətində nazir postlarının hansı prinsiplər əsasında bölünəcəyi açıqlanmır. Lakin əvvəlcədən əldə olunan razılaşmaya görə xarici işlər naziri postu Qido Vestervelleyə veriləcək. Müdafiə naziri postunun da Azad Demokrat Partiyasına verilməsi barədə razılaşma əldə olunub. Xatırladaq ki, sentyabrın 27-də keçirilən seçkilərin nəticələrinə görə hər iki partiya ümumilikdə Bundestaqda 332 yer qazanıb ki, bu da koalisiya hökuməti qurmağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR