Bank Of Baku

Finlandiya dünyanın ən cazibədar ölkəsi seçilib

Finlandiya dünyanın ən cazibədar ölkəsi seçilib
# 27 oktyabr 2009 23:28 (UTC +04:00)
Bakı – APA. Dünyanın cazibədar və çiçəklənən ölkələrinin siyahısı açıqlanıb. APA-nın xəbərinə görə, Legatum Prosperity Index reytinqində ilk yeri 104 ölkə arasında Finlandiya tutub.
Ötən ilin birincisi Avstraliya bu il 6-cı yerə düşüb. İlk beşliyi İsveçrə, İsveç, Danimarka və Norveç tamamlayır.
Azərbaycanın adının yer almadığı siyahıda ölkəmizin yaxın qonşularından Türkiyə 68-ci, Rusiya 69-cu yerdə qərarlaşıb. MDB ölkələrindən ən yaxşı göstərici Ukraynaya məxsusdur – 61-ci yer. Reytinqdə Qazaxıstan 76-cı, Belarus 85-ci, Özbəkistan 92-ci olub.
Maralıdır ki, əhalisinin sayına görə dünya birincisi olan Çin bu siyahıda 75-ci yerlə kifayətlənib. Ötən il yalnız iki parametr (iqtisadiyyatın rəqabət qabiliyyətliliyi və yaşayış şərtləri) üzrə keçirilən reytinqdə bu il parametrlərin sayı 9-a çatdırılıb. Onların arasında şəxsi azadlıqlar, təhsil, səhiyyə, demokratik institutlar və s. də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR