Bank Of Baku

Radovan Karadziç ilk dəfə olaraq özünün məhkəmə prosesində iştirak edib

Radovan Karadziç ilk dəfə olaraq özünün məhkəmə prosesində iştirak edib
# 03 noyabr 2009 15:48 (UTC +04:00)
Bakı – APA. Bosniya serblərinin keçmiş lideri Radovan Karadziç ilk dəfə olaraq keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın iclas zalında keçirilən məhkəmə prosesinə gəlib. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə prosesini boykot etməyə son qoyan R. Karadziç işə baxılmasının təxirə salınmasını tələbini irəli sürüb. O, milyon səhifəlik ittiham aktı ilə təkrar tanış olmaq istədiyini söyləyərək məhkəmə zalına gəlişini hakimlərə kömək etmək istəyi ilə əsaslandırıb.

Xatırladaq ki, R. Karadziç 1992-1995-ci illərdə Bosniyada törədilən hərbi cinayətlərdə ittiham edilir. O, uzun müddət gizləndikdən sonra 2008-ci ildə həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR