Bank Of Baku

Bosniyada gedən müharibədə 20 xorvatı qətlə yetirən müsəlman zabit Nihat Boyacic həbs olunub

Bosniyada gedən müharibədə 20 xorvatı qətlə yetirən müsəlman zabit Nihat Boyacic həbs olunub
# 04 noyabr 2009 14:42 (UTC +04:00)
Sarayevo-APA. Bosniya polisi 1992-1995-ci illərdə baş verən müharibə zamanı 20 xorvatı qətlə yetirmiş yüksək rütbəli zabit Nihat Boyacici həbs edib. APA-nın məlumatına görə, 47 yaşlı müsəlman Boyacic 90-cı illərin əvvəllərində Bosniyada törədilmiş hərbi cinayətləri araşdıran məhkəməyə təhvil veriləcək. Bosniyalı müsəlmanlardan təşkil olunmuş “Zülfüqar” hərbi birləşməsinin komandiri olan Nihat Boyacic 1993-cü ildə Trusina kəndində 19 mülki xorvatı və 3 hərbçini qətlə yetirməkdə şübhəli bilinir. Qeyd edək ki, bu cinayət işində iştiraka görə daha dörd nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR