Bank Of Baku

Polşa Rusiyadan qorunmaq üçün ABŞ-dan kömək istəyib

Polşa Rusiyadan qorunmaq üçün ABŞ-dan kömək istəyib
# 05 noyabr 2009 08:29 (UTC +04:00)
Bakı – APA. Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın mümkün hərbi təcavüzündən qorunmaq üçün ABŞ-ı Polşa ərazisində qoşun yerləşdirməyə çağırıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, R. Sikorski Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu yaxınlarda Rusiya və Belarusun Polşa sərhədləri yaxınlığında yüzlərlə tankın iştirakı ilə hərbi təlimlər keçirdiklərinin xatırladıb. O, hazırda Polşada cəmi 6 ABŞ hərbçisinin olduğunu söyləyib: “Bir tərəfdə 900 tank, qarşı tərəfdə 6 hərbçi. Bu vəziyyətdə siz rahat ola bilərsinizmi?”


R. Sikorski bildirib ki, Polşa NATO-ya qəbul edilərkən Rusiyaya vəd olunub ki, alyans Şərqi Avropada iri hərbi qruplaşma yerləşdirməyəcək: “Lakin o vaxt heç kim düşünmürdü ki, Şərqi Avropaya ümumiyyətlə qoşun göndərilməyəcək. Mən hesab edirəm ki, bunu etmək lazımdır”.

Qeyd edək ki, bu yaxınlarda keçirilmiş “Zapad-2009” Rusiya-Belarus hərbi təlimləri Polşada ciddi narahatlıq doğurub. Yertli KİV-in yazdığına görə, təlimdə “Şimal axını” boru xəttinin mühafizəsi ilə yanaşı, Polşa sahillərinə desant çıxarılması və nüvə silahının təyyarələrlə daşınması da sınaqdan keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR