Bank Of Baku

Xorvatiyanın xarici işlər naziri: “”Dondurulmuş münaqişələr”in beynəlxalq hüquqa uyğun həlli üçün siyasi iradə göstərilməlidir”

Xorvatiyanın xarici işlər naziri: “”Dondurulmuş münaqişələr”in beynəlxalq hüquqa uyğun həlli üçün siyasi iradə göstərilməlidir”
# 05 noyabr 2009 13:59 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “ATƏT çərçivəsində dialoqun yaxşılaşdırılması və təhlükəsizlik sahəsində əsl tərəfdaşlığın işlənib hazırlanması üçün Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə həyat qabiliyyətli sənədə çevrilməli və “dondurulmuş münaqişələr”in beynəlxalq hüquqa uyğun həlli üçün siyasi iradə göstərilməlidir”. APA-nın xəbərinə görə, bunu ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında çıxış edən Xorvatiyanın xarici işlər naziri Qordan Jandrokoviç deyib. O, ümumi maraq kəsb edən problemli sahələrin üzə çıxarılması və mövcud təhlükəsizlik vakuumu ilə bağlı suallara cavab tapılması üçün “Korfu prosesi”nin əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, Avropada gələcək təhlükəsizlik strukturu haqqında layihə - “Korfu prosesi” ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək iclasında müzakirə ediləcək. Yığıncaqda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR