Bank Of Baku

Qordon Braun Əfqanıstan hökumətini korrupsiyanın simvolu adlandırıb

Qordon Braun Əfqanıstan hökumətini korrupsiyanın simvolu adlandırıb
# 06 noyabr 2009 16:37 (UTC +04:00)
London-APA. Britaniyanın baş naziri Qordon Braun Əfqanıstan hökumətinin korrupsiya simvolu adlandırıb. APA-nın məlumatına görə, baş nazir Britaniyanın bu ölkədə həyata keçirdiyi missiyanın iflasa uğraya biləcəyini deyib. Qeyd edək ki, bu, Britaniya rəsmilərinin Əfqanıstanda çoxtərəfli hərbi missiya həyata keçirildikdən bu gün qədər Kərzai hökumətinin ünvanına söylədiyi ilk sərt fikirdir. Dünən Kabildə əfqan polisinin 5 britaniyalı əsgər güllələməsi Londonda ictimai rəyə mənfi təsir göstərib. Aparılan sorğunun nəticələrinə görə, Britaniya vətəndaşlarının 57 faizi ölkənin Əfqanıstanda həyata keçirdiyi missiyanın fiaskoya uğrayacağı qənaətindədir. Ötən bir il ərzində bu cür düşünən britaniyalıların sayı 21 faiz artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR