Bank Of Baku

“Chanel” şirkəti dizayn oğurluğunda təqsirləndirilir

“Chanel” şirkəti dizayn oğurluğunda təqsirləndirilir
# 07 noyabr 2009 08:24 (UTC +04:00)
Bakı-APA. Məşhur dizayner Koko Şanel tərəfindən XX əsrin əvvəlində yaradılan Fransanın “Chanel” şirkəti dizayn oğurluğunda təqsirləndirilir. APA-nın məlumatına görə, toxunma məhsullarının istehsalı ilə məşğul olan kiçik «World Tricot» şirkəti «Chanel»i onlar tərəfindən işlənilən dizaynı oğurlanmasına görə məhkəməyə verib və iddiaçılar 2,5 mln. avro məbləğində kompensasiya tələb edir. «World Tricot»un nümayəndələrinin sözlərinə görə, hələ bir neçə il bundan öncə onlar «Chanel» şirkətinə toxunma naxış almağını təklif ediblər ki, nəticədə «Chanel» həmin məhsuldan imtina edib. Lakin 2005-ci ildə «World Tricot» şirkəti Tokioda (Yaponiya) «Chanel» butikində sözügedən toxunma naxışlı jileti satışda görüb və elə həmin ildən başlayaraq iki şirkət arasında məhkəməyə müraciət olunmadan hüquqi mübahisə aparılıb ki, münaqişəni həll etmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR