Bank Of Baku

Axtarışda olan oğru qəzetinə yeni foto şəklini göndərib - FOTO

Axtarışda olan oğru qəzetinə yeni foto şəklini göndərib - <font color=red>FOTO</font>
# 07 noyabr 2009 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Bu ilin sentyabr ayında Cənubi Uelsdə oğurluq hadisəsində təqsirli bilinən və bununla əlaqədar axtarışa elan olunmuş Metyu Meynard «South Wales Evening Post» qəzetində çap edilmiş öz şəkilindən narazı qalaraq qəzetə onu daha yaxşı göstərən digər şəkli göndərib. APA-nın məlumatına görə, şəkildə 23 yaşlı M.Meynard polis furqonunun fonunda çəkilib və bu şəkil dərhal qəzetdə «Sırtıq oğru» başlığı ilə dərc olunub.

Cənub Uels polisi Meynarda yardıma görə təşəkkür edərək onun ağılsız adlandırıb və oğrunu tezliklə həbs edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, qəzetdə foto şəkillərin çap edilməsi üsulu xaricdə cinayətkarların yaxalanmasında çox faydalıdır. Məsələn, bu üsulla Cənubi Uelsdə iki gün ərzində 81 cinayətkarı yaxalamaq mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR